Artıq cəmiyyət tərəfindən qəbul olunmuş 15 illik təhsil prosesini iyunun 26-da, özü də Silahlı Qüvvələr Günündə magistr səviyyəsinə qəbul imtahanının 2-ci turu ilə yekunlaşdırıram. 21 illik həyatımda 15 il təhsil ocağına ayaq döymüşəm, nə qədər imtahan vermişəm. Bu periodun sonuncu məsuliyyətli imtahanını sabah verəcəm. Əslində Azərbaycanda magistr təhsili yerlə sürünür, amma hansısa axmaq tendensiyaya görə bu imtahana girməyə məcburam. Girsəm iki il də əlavə “təhsil”, elədi 17 il (23 yaş + 1 il əsgərlik = 24). Fikirləşsək ki, uzağı 65-70 il yaşıyacıq, day mən əlavə bir söz deməyim. 

  1. turalfot posted this